Xəbərlər

28.03.2018

Qəbələ rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən keçirilən   peşəyönümü tədbirlərinin davamı olaraq 28 mart 2018-ci il tarixdə Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  Qəbələ şəhər 4 saylı  tam orta məktəbdə və Daşca kənd tam orta məktəbdə  yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümünün rolu mövzusunda  növbəti peşəyönümü tədbiri keçirildi. Tədbirdə Qəbələ rayon Məşğulluq Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi Ağayev Sahib Sadulla oğlu, aparıcı məsləhətçisi Məmmədov Vüsal Sənani oğlu  iştirak etdi. Məşğulluq Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxış edərək Mərkəzlərin  vətəndaşlara göstərdiyi xidmətlər, Mərkəz tərəfindən təşkil edilən peşə hazırlığı kursları, həmçinin həyata keçirilən  peşəyönümü tədbirlərinin mahiyyəti barədə məlumat verdilər.  Səmərəli məşğulluğun təmin olunmasında düzgün peşə seçiminin əsas amil olduğu və peşəseçənin seçdiyi peşəyə maraq və meyllərinin, bacarığının və  əmək bazarında həmin peşəyə olan tələbatı nəzərə almasının vacibliyi şagirdlərin diqqətinə çatdırıldı. Tədbirdə peşələrin növləri, peşələrin şəxsiyyət qarşısında qoyduğu tələblər barədə şagirdlərə geniş məlumat verildi.  Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.