Xəbərlər

28.03.2018

Siyəzən rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

    Peşəyönümü  işinin  gənc  nəslin  gələcək  taleyində,  onların  məşğulluğunun  təmin  olunmasında  mühüm  əhəmiyyət  kəsb  etdiyini  nəzərə  alaraq  orta  ümumtəhsil  məktəblərində  şagirdlərin  peşə  maraqlarının  və  peşə  meyllərinin  müəyyənləşdirilməsi,  onlara  gələcək  peşə  və  ixtisas  seçimində  köməklik  göstərilməsi  məqsədi  ilə  müəyyən  edilmiş  qrafikə  uyğun  olaraq  28  mart  2018-ci  il  tarixində  Siyəzən  rayonunun  Balaca  Həmyə  kənd ,Zarat  kənd  və  Eynibulaq  kənd  tam  orta  məktəblərində  yuxarı  sinif  şagirdləri  və  onların  valideynlərinin  iştirakı  ilə  “Gənclərin  peşə  seçimində  valideynlərin  rolu”  mövzusunda  peşəyönümü  tədbirləri  keçirilmişdir. Tədbirdə  Siyəzən  rayon  Məşğulluq  Mərkəzinin  mütəxəssisləri,  məktəbin  pedoqoji  kollektivi,  yuxarı  sinif  şagirdləri  və  onların  valideynləri  iştirak  etmişdir.