Xəbərlər

29.03.2018

Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün  28 mart 2018-ci il tarixdə Ağsu rayon Kəndoba kənd orta və Ağabəyli  kənd orta məktəblərində peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə Ağsu rayon Məşğulluq Mərkəzinin baş məsləhətçiləri T.Sadıqov və X.Səmədov çıxış edərək valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri haqqında geniş məlumat verdilər. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırıldı.