Xəbərlər

29.03.2018

Nərimanov rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 193 və 178 nömrəli orta ümumtəhsil məktəblərdə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

28 mart 2018-ci il tarixdə Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən 193 və 178 nömrəli orta ümumtəhsil məktəblərdə gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərilməsi məqsədi ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbirləri keçirilmişdir.

Keçirilmiş tədbirlərdə 193 nömrəli məktəbdə 90 şagird, 178 nömrəli məktəbdə 213 şagird iştirak etmişdir.

Tədbirlərdə Nərimanov rayon Məşğulluq Mərkəzinin direktor müavini Fərhad Xəlilov, Aktiv Tədbirlər Sektorunun baş məsləhətçisi İntiqam Tağıyev, aparıcı məsləhətçisi Sədaqət Muradlı, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak etmişdir.

Tədbirlərdə yuxarı sinif şağirdlərinin və onların valideynlərinin suallarına cavab verilmiş, peşə seçimi ilə bağlı zəruri tövsiyələr verilmişdir.