Xəbərlər

02.04.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

   Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq  qrafikə əsasən 30 mart 2018-ci il tarixdə İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Qadir Abduləzizov “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda çıxış etmişdir. Mərkəzin baş məsləhətçisi Namik Bağıyev, məsləhətçi Arif Xancanlı, məktəbin direktoru Xalid Seyidov, müəllim heyəti, məktəbin psixoloqu və valideyinlər tədbirdə iştirak etmişlər.