Xəbərlər

06.04.2018

İmişlı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

    İmişli rayon Məşğulluq Mərkəzinin   təşkilatçılığı ilə   04.04.2018-ci il tarixində İmişli rayon şəhid Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində yuxarı sinif şagirdləri  üçün “Düzğun peşə seçək” mövzusunda növbəti peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə Mərkəzin aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi Sevinc İsmayılova, aparıcı məsləhətçi  Namiq Əhmədov, məktəbin dərs hissə müdiri Sevil Əmiraslanova , təşkilatçı-müavin Elmar Tağıyev və valideyinlər iştirak  etmişlər.

    Baş məsləhətçi Sevinc İsmayılova və aparıcı məsləhətçi Namiq Əhmədov çıxış edərək mövcüd əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri barədə geniş məlumat verdilər. Səmərəli məşğulluğun təmin olunmasında düzgün peşə seçiminin əsas amil olduğu və peşəseçənin seçdiyi peşəyə maraq və meyllərinin, bacarəğının və əmək bazarında həmin peşəyə olan tələbatı nəzərə almasının vacibliyi şagirdlərin diqqətinə çatdırılmışdır.

     Tədbirin sonunda şagirdlərin peşə seçiminə dair sorğu keçirilmiş və onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.