Xəbərlər

26.04.2018

Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə  ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün  25 aprel 2018-ci  il tarixdə Ağsu rayon İlxıçı kənd orta, Muradlı kənd orta və Təklə kənd orta məktəblərində peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə Ağsu rayon Məşğulluq Mərkəzinin baş məsləhətçiləri T.Sadıqov və X.Səmədov çıxış edərək valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri  haqqında geniş məlumat verdilər. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi , bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırıldı.