Xəbərlər

30.04.2018

Zaqatala rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

  Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün 30 Aprel 2018-ci il tarixdə Zaqatala  rayon Əliabad qəsəbə 4 saylı tam  orta məktəbində peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə Zaqatala rayon Məşğulluq Mərkəzinin Böyük məsləhətçiləri M.Şabanov və R.Səfərov çıxış edərək valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri haqqında geniş məlumat verdilər. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırıldı.