Xəbərlər

02.05.2018

Nərimanov rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 291 nömrəli Ekologiya liseyində və 258 nömrəli orta ümumtəhsil məktəbində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

30 aprel 2018-ci il tarixdə Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən 291 nömrəli Ekologiya liseyində və 258 nömrəli orta ümumtəhsil məktəbində gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərilməsi məqsədi ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbirləri keçirilmişdir.

Keçirilmiş tədbirlərdə 291 nömrəli Ekologiya liseyində 98 şagird, 258 nömrəli məktəbdə 120 şagird iştirak etmişdir.

Tədbirlərdə Nərimanov rayon Məşğulluq Mərkəzinin direktor müavini Fərhad Xəlilov, Aktiv Tədbirlər Sektorunun baş məsləhətçisi İntiqam Tağıyev, aparıcı məsləhətçisi Sədaqət Muradlı, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak etmişdir.

Tədbirlərdə yuxarı sinif şağirdlərinin və onların valideynlərinin suallarına cavab verilmiş, peşə seçimi ilə bağlı zəruri tövsiyələr verilmişdir.