Xəbərlər

02.05.2018

Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

   30 aprel 2018 -ci il tarixdə Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən Sığırlı və Ərşəli kənd tam orta məktəblərində  yuxarı  sinif  şagirdlərinin  və  onların valideyinlərinin iştirakı ilə Peşə yönümünə dair  tədbir keçrilmişdir.

  Mərkəzin sektor müdiri tərəfindən şagirdlərə Məşğulluq mərkəzlərinin vətəndaşlara göstərdiyi xidmətlər, xüsusi ilə Aktiv məşğulluq tədbirlərinin tərkib hissəsi olan “Peşə kursları, Əmək yarmarkaları, Əmək birjaları” ,düzgün peşə seçimi və bunun müasir əmək bazarında rolu haqqında geniş məlumatlar verilmiş, mövzu ətrafında tədbir iştirakçıları ilə diskussiyalar aparılmışdır. Eyni zamanda düzgün Peşə yönümünə dair söhbətlərin psixoloqlar  tərəfindən məktəbdaxili mütəmadi keçrilməsinin zəruriliyi vurğulandı,  bu yöndə, məktəbdə çalışan psixoloq və təşkilatçılara müəyyən tövsiyyələr verildi. Tədbirin sonunda şagirdlərin peşə seçiminə dair sorğu keçrilmiş və onları maraqlandıran suallar ətraflı cavablandirımışdır.