Xəbərlər

04.05.2018

Şabran rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Şabran rayon Məşğulluq Mərkəzi  24 Aprel 2018-ci il tarixdə Şabran rayon Heydər Əliyev Mərkəzinin binasında “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qiydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi Qaydası barədə işə götürənlərin məlumatlandırılması” mövzusunda dəyrmi masa keçirmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Sosial Məsələlər üzrə müavini, Əlaqələndirmə Komitəsinin sədri Natavan Mustafayeva, Şabran rayon Statistika İdarəsinin rəis müavini Reyhan Fətəliyeva, Şabran Mərkəzi rayon Xəstəxanasının kadrlar şöbəsinin müdiri Ayət Babayeva, Şabran rayon Yaşıllıq və Təmizlik  idarəsinin kadrlar şöbəsinin müdiri Çingiz Həsənov, Həmkarlar ittifaqı təşkilatının sədri Allahverdi Qasımzadə və rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat  nümayəndələri  iştirak etmişlər.