Xəbərlər

04.05.2018

Qobustan rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

01 may 2018-ci il tarixdə Qobustan  rayon Məşğulluğa kömək göstərən rayon Əlaqələndirmə komitəsi Məşğulluq Mərkəzilə birlikdə hazırladıqları və işəgötürənlərin iştirakı ilə keçirilmiş tədbirdə   rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafının proqnozlaşdırılması şöbəsinin müdiri M.Əkbərov, Məşğulluğa kömək göstərən rayon Əlaqələndirmə komitəsinin  üzvləri, rayon Statistika İdarəsinin, DSMF rayon şöbəsi,  RayonTəhsil İşçiləri Həmkarlar İttifaqı komitəsi və  rayonun 10 iri müəssisə və təşkilatlarından işə götürənlər iştirak  etmişlər.

Tədbirdə “Sığorta ödənişini alan şəxsin işsiz kimi  qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən  edilməsi Qaydası barədə işəgötürənlərin  məlumatlandırılması”mövzusu geniş müzakirə olundu.