Xəbərlər

11.05.2018

Xətai rayonunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.

8 may 2018-ci il tarixdə Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən "İşsizlikdən siğorta haqqında” Azərbaycan Respubilkasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda işəgötürənlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Tədbiri Mərkəzin direktor müavini Aktiv Məşğulluq tədbirləri sektorunun müdiri Azər Mirzəxanlı açaraq  iştirakçıları salamlamış və İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində Mərkəz tərəfindən həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat vermişdir. Tədbirdə əmək ehtiyatlarından səmərəli istifadənin ölkəmizdə aparılan uğurlu sosial siyasətin mühüm prioritetlərindən olduğu, respublikamızda yeni iş yerlərinin açılması prosesinin daimi xarakter almasının əmək bazarında sabitliyin, müsbət meyllərin davam etməsinə imkan yaratdığı vurğulamışdır. Dövlət məşğulluq siyasətinin həyata keçrilməsində işəgötürənlərin hüquq və vəzifələri, eləcə də Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ünvanlılıq prinsipinin təmin olunması ilə bağlı imzaladığı Fərman və Sərəncamlar, qəbul edilmiş Dövlət Proqramları, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi, aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi istiqamətində həyata keçirilən məşğulluq tədbirləri barədə geniş məlumat verilmişdir.