Xəbərlər

11.05.2018

Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

16 Aprel  2018-ci il tarixdə Nizami rayon Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında Azərbaycan  Respublikasında Qanunu” barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda dəyirmi masa keçirilmişdir.                                                                

Mərkəzin direktoru İlqar Şıxəliyev ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin Respublikamızın dayanıqlı inkişafını təmin etməklə yanaşı, əmək bazarında davamlı inkişaf meyllərinə şərait yaratmasını “Dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı, bütün səviyyələrdə aparılan iqtisadi, sosial və siyasi islahatların uğurlu nəticələri işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni tələblərin müəyyən edilməsini bildirdi. Ötən dövr ərzində “Məşğulluq haqqında” qanunvericiliyin təkminləşdirilməsi işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı aktiv əmək bazarı proqramının genişləndirilməsi üçün də mühüm önəm kəsb edən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun qəbulu haqqında məlumat verdi.                                                                                                                     

Mərkəzin aparıçı məsləhətçisi N.Nəbiyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar  barədə  geniş məruzə etdi. Vətəndaşların məşğulluğunun təmin olunmasında və onların sosial müdafiəsi baxımından qarşıda duran vəzifələr və problemlərinin həllində diqqət və qayğı göstərməyin vacibliyini bildirir.                                                                                                               

İştirakçılar mövcud əmək bazarının durumu, işaxtaran və işsiz vətəndaşların problemləri və işəgötürənlərin vətəndaşlara münasibətləri barədə geniş fikir mübadiləsi apardılar.