Xəbərlər

12.05.2018

Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Ağsu rayonunda 11 may 2018-ci il tarixdə “Sığorta ödənişini alan şəxslərin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi Qaydası barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda  sahibkarların, idarə və müəssisə nümayəndələrinin  iştirakı ilə  “Dəyirmi masa” keçirilmişdir.

Tədbirdə Ağsu rayon İcra hakimiyyətinin nümayəndəsi B.Məmmədov, Əlaqələndirmə komitəsinin üzvü  X.Həsənov , Həmkarlar komitəsinin sədri E.Cabbarov iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru H.İbadov açaraq mövzu ilə bağlı çıxış etdi. Sonra Mərkəzin baş məsləhətçisi T.Sadıqov qanunun məqsəd və prinsiplərindən danışaraq tədbir iştirakçılarına geniş məlumat verdi.