Xəbərlər

12.05.2018

Quba rayonunda “Peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

Peşəyönümü işinin düzgün təşkili müasir dövrün ən vacib məsələlərindən biridir.   

Yuxarı sinif şagirdlərinin peşə seçimini  vaxtında, düzgün istiqamətləndirmək məqsədi ilə Quba rayon Məşğulluq Mərkəzi ümumtəhsil məktəblərində şagirdlərin peşə meyllərini müəyyənləşdirmək, onlara peşə və ixtisas seçimində köməklik göstərmək üçün görüşlər keçirir. Gənclərin peşə seçimində müəllimlərin, valideynlərin və yaxın qohumların rolu danılmazdır.

2018-ci ilin May ayının 11-də  Quba rayon Məşğulluq Mərkəzinin əməkdaşları məktəblərin müəllim heyətinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə  rayonunun Qaraçay kənd tam orta məktəbi və Alekseyevka kənd tam orta məktəblərində “Yuxarı sinif şagirdlərinin peşə seçimində  düzgün istiqamətləndirilməsi” mövzusu ilə əlaqədar tədbir keçirmışdir.   

Qaraçay kənd tam orta məktəbi və Alekseyevka  kənd tam  orta məktəbində keçirilən tədbirdə  mərkəzin əməkdaşları: direktor vəzifəsini icra edən  Ağayeva Bahar Mehyəddin qızı,  Aydəmirov Asif  Rəsul oğlu, aparıcı məsləhətçi Əliməmmədova Rəhilə Balayar qızı, məsləhətçi Məmmədov Elsəvər Ziyaddin oğlu və Qaraçay kənd tam orta məktəbinin   psixoloqu  Rəsulova Rəna Ədalət qızı, müəllimləri Nəbiyev Hüseynəli Məmməd oğlu, Kərimov Qulam Əli oğlu, Orucəliyev Müsənnif  Mirəli oğlu, İbrahimov Nurəddin Saləddin  oğlunun  iştirakı  ilə və Alekseyevka tam kənd orta məktəbinin psixoloqu Tağıyeva Firənğiz Oktay qızı,  müəllimləri Ədilov Mübariz Höccət oğlu, Sübhanverdiyeva Yeganə Abdulla qızı, Musayeva Mehriban Ələm  qızının  iştirakı ilə görüş keçirilmişdir.

 Qaraçay kənd tam orta məktəbi və Alekseyevka kənd tam  orta   məktəblərində tədbir keçirilən zaman şagirdlərin sualları ətraflı cavablandırılmışdır.