Xəbərlər

22.05.2018

«Peşə secimində valideynlərin rolu” mövzusunda İsmayıllı rayonunda peşəyönümü tədbiri keçirilmişdir.

  Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə may ayı ərzində İsmayıllı rayon Kürtmaşı kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə İsmayıllı rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçiləri Qadir Abduləzizov və məsləhətçi Arif Xancanlı çıxış edərək valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri haqqında geniş məlumat vermişlər. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılmışdır.