Xəbərlər

24.05.2018

Səbail rayonunda peşəyönümü tədbiri keçirilmişdir.

 23 may 2018-ci il tarixində Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən  2 saylı Texniki Humanitar Elmləri Liseyində peşəyönümünün təşkilinin gücləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir. Tədbirdə liseyin 9-11-ci  sinif şagirdləri və valideynlər iştirak etmişdir. Mərkəzin mütəxəssisləri iştirakçılara peşəyönümünün təşkilində Dövlət Məşğulluq Xidmətinin və Peşə Tədris Mərkəzinin birgə əməkdaşlığı sahəsində təşkil olunan peşə kursları haqqında ətraflı məlumat verdilər. Tədbirdə şagirdlərin və valideynlərin peşə kursları haqqında suallarına mütəxəssislər tərəfindən izahlı açıqlamalar olundu. Sonda valideynlər dərin təşəkkürlərini bildirmiş və bu xidmətlərin hər zaman gənclərimizin peşə seçimimndə düzgün qərar qəbul etmələrində böyük rol oynayacağını vurğulamışlar.