Xəbərlər

29.05.2018

Abşeron rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

     18 may 2018-ci il tarixdə Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə, Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi İslamzadə Ayşən və Aslanlı İbrahim, psixoloq-müəllim Qarayeva Pərvanə, şagirdlərin və valideynlərin iştirakı ilə keçirilən tədbirdə peşəyönümü işinin mahiyyəti, peşələrin təsnifatı, tipi, müasir əmək bazarının tələbləri müzakirə edilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

   21 may 2018-ci il tarixdə Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbdə, Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi İslamzadə Ayşən və Əliyev Xaliq, psixoloq-müəllim Rüstəmova Rəna, məktəbin direktoru, şagirdlərin və valideynlərin iştirakı ilə keçirilən peşəyönümü tədbirində həmin müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə Məşğulluq mərkəzlərinin vətəndaşlara göstərdiyi xidmətlər, xüsusi ilə Aktiv məşğulluq tədbirlərinin tərkib hissəsi olan “Peşə kursları, Əmək yarmarkaları, Əmək birjaları”, düzgün peşə seçimi və bunun müasir əmək bazarında rolu haqqında geniş  məlumatlar verilmişdir.

   24 may 2018-ci il tarixdə Digah qəsəbəsi tam orta məktəbdə, mərkəzin mütəxəssislər, məktəbin müəllim və şagird kollektivinin, valideynlərin iştirakı ilə keçirilən peşəyönümlü tədbirdə şagirdlərin sualları cavablandırılmış, peşəyönümü işinin mahiyyəti barədə ətraflı məlumat verilmişdir.