Xəbərlər

29.05.2018

Yevlax rayonunda peşəyönümü tədbiri keçirilmişdir.

22.05.2018 – ci il tarixdə Yevlax rayonu Ərəş və Əkşəm kənd orta məktəblərində IX – XI sinif şagirdləri və valideynlərin iştirakı ilə “Peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin Aktiv Məşğulluq Tədbirləri Sektorunun müdiri Elgün Əsədov və Aktiv Məşğulluq Tədbirləri Sektorunun əməkdaşları baş məsləhətçi Müşviq Niyazov, aparıcı məsləhətçi Sahib Əhmədli iştirak etmişlər. Gənclərə peşə seçiminə dair tövsiyyələr verilmiş, xüsusilə valideynlərin bu məsələdə aktiv rol oynamasının lazımlılığının önəmi vurğulanmışdır. Həmçinin tədbirdə fərdi olaraq şagirdlərlə və valideynlərlə söhbət aparılmışdır