Xəbərlər

30.05.2018

Siyəzən rayonunda peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü  işinin  təşkili  əmək  bazarının  tələbatına  uyğun  işçi  qüvvəsinin  formalaşdırılmasında,  məşğulluq  məsələlərinin  həllində  mühüm  rol  oynayır.

Peşəyönümü  işinin  gənc  nəslin  gələcək  taleyində,  onların  məşğulluğunun  təmin  olunmasında  mühüm  əhəmiyyət  kəsb  etdiyini  nəzərə  alaraq  orta  ümumtəhsil  məktəblərində  şagirdlərin  peşə  maraqlarının  və  peşə  meyllərinin  müəyyənləşdirilməsi,  onlara  gələcək  peşə  və  ixtisas  seçimində  köməklik  göstərilməsi  məqsədi  ilə  29  may  2018-ci  il  tarixində  Siyəzən  şəhər  İnternat  ümumi orta məktəbində, Gil-gilçay  stansiya  ümumi  orta  məktəbi  və  Tağay  kənd  ümumi  orta  məktəblərində  yuxarı  sinif  şagirdləri  və  onların  valideynlərinin  iştirakı  ilə  “Gənclərin  peşə  seçimində  valideynlərin  rolu”  mövzusunda  peşəyönümü  tədbirləri  keçirilmişdir. Tədbirdə  Siyəzən  rayon  Məşğulluq  Mərkəzinin  mütəxəssisləri,  məktəbin  pedoqoji  kollektivi,  yuxarı  sinif  şagirdləri  və  onların  valideynləri  iştirak  etmişdir.