Xəbərlər

05.06.2018

İmişli rayonunda peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə may ayı ərzində İmişli  rayon Məzrəli  kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə İmişli rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rüstəmli , baş  məsləhətçi  Sevinc İsmayılova  və aparıcı  məsləhətçi Namiq Əhmədov çıxış edərək valideyin və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri haqqında geniş məlumat vermişlər. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılmışdır.