Xəbərlər

02.04.2008

Qusar rayon Məşğulluq Mərkəzi

Ünvan:
H.Əlyev küçəsi, 146  
Telefon: (+994 023 38) 5-42-00
Fax:  
E-mail: qusar@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: Eldarov Sultanəhməd Rəşad oğlu



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Rayon haqqında qısa məlumat


          Ərazi - 1499,5 kv. km
          Əhalisi - 87,9 min nəfər.
          Yaranma tarixi - 1930-cu il.

          İqtisadi-coğrafi məlumat: Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Qusar kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatının əsasını iki böyük sahə-bitkiçilik və heyvandarlıq təşkil edir. Qusar rayonu respublikanın şimal-şərqində yerləşir və Quba-Xaçmaz iqtisadi zonasına daxildir.Rayonda 1 şəhər (Qusar), 1qəsəbə (Samur) və 88 kənd vardır ki , bu yaşayış məntəqələri 29 ərazi nümayəndəliyi və 70 bələdiyyə vasitəsi ilə idarə olunur.
          01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 216 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.
          Rayonda aşağıdakı turizm obyektləri fəaliyyət göstərir ”Suvar” dağ turizm istirahət zonası, “Qaya Bulaq”, “Şah Bulaq”, ” Qafqaz” otel, ”Qusar Bulaq”, “Cənnət”, “ Şahdağ”, ”Qusar –Star”.
          Təhsil müəssisələrindən ADP Kolleci Qusar filialı (orta-ixtisas) vardır.



_____________________________________________________________________________________________