Xəbərlər

02.04.2008

Daşkəsən rayon Məşğulluq Mərkəzi

Ünvan:
Məhəmməd Əsədov küçəsi, 10  
Telefon: (+994 022 21) 5-52-89, 5-55-80
Fax:  
E-mail: dashkesen@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: İsmayılova Səfayə Allahverdi qızı



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Rayon haqqında qısa məlumat


          Əhalisi - 32,5 min nəfər
          Ərazisi – 1,05 min kv. km
          Yaranma tarixi - 1930 - cu il

          Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. “Gəncə- Qazax “ iqtisadi rayonuna daxildir.
          Rayonda 1 şəhər, 6 şəhərtipli qəsəbə və 41 kənd vardır.Bu yaşayış məntəqələri 19 ərazi nümayəndəliyi və 32 bələdiyyə vasitəsilə idarə olunur.
          Mərmər və filiz yataqları rayonun təbii sərvətləridir. Təsərrüfatlarda heyvandarlıq və kartof əkinçiliyi ilə məşğul olurlar.
          01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 34 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.



_____________________________________________________________________________________________