Xəbərlər

13.05.2015

Səbail rayonu Məşğulluq Mərkəzi tərəfindən “Səyyar Əmək Birjası” tədbiri keçirilmişdir.

 13 may 2015-ci il tarixində Səbail rayonu Məşğulluq Mərkəzi tərəfindən rayonun Badamdar qəsəbəsində “Səyyar Əmək Birjası” tədbiri keçirilmişdir. Qeyd olunan tədbirə Mərkəz tərəfindən 35 (otuz beş) müəssisə  100 (yüz) vakansiya ilə çıxarılmışdır. “Səyyar  Birja”– da 61 (altmış bir) nəfər vətəndaş qeydiyyata alınmış, 2 (iki) nəfər vətəndaşa müəssisələrə işə göndəriş verilmiş, 1 (bir) nəfər vətəndaş gələcəkdə açılacaq peşə kurslarına qeydiyyata alınmış,  2 (iki) nəfər vətəndaş əmək birjasına göndərilmişdir, 1 (bir) nəfər vətəndaş işlə təmin olunmuşdur.