Xəbərlər

21.05.2015

Abşeron rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. ( Video )

“Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda Abşeron rayon Məşğulluq Mərkəzi tərəfindən 19 may 2015-ci il tarixdə sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlər məlumatlandırılaraq onların əhalinin bu kateqoriyasının məşğulluğunun təmin edilməsində yaxından iştirakı ətraflı müzakirə olunmuşdur. Eyni zamanda bu mövzuda problemlerin aradan qaldırılması yolları da tədbir iştirakçıları tərəfindən araşdırılmışdır.