Xəbərlər

25.05.2015

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Peşə seçimində gənçlərə dəstək” mövzusunda tədbir kecirildi.

 Qaradağ rayon Məşğulluq Mərkəzi  22.05.2015-ci il tarixində , rayonun  288 saylı  Məktəbində  “Peşə seçimində gənçlərə dəstək ” mövzusunda tədbir keçirmişdir. Tədbirdə   Qaradağ rayon Məşğulluq Mərkəzinin  böyük məsləhətçisi  Elnarə  Həşimova iştirak etmişdir.

 Görüşdə  məktəbin buraxılış siniflərinin  şagirdləri ilə  ətraflı söhbət aparılaraq   rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşlilatlarla bağlı  məlumat verildi. Daha sonra gələcəkdə açılması nəzərdə tutulmuş vakant iş yerləri,bu iş yerlərinə ixtisaslı kadr hazırlığı haqqında geniş mühazirə söylənildi .

 Bundan əlavə Mərkəzin məsləhətçisi  “Əmək bazarında” yaranmış çətinliklərdən,gənc nəslin peşə və ixtisas seçimində düzgün addım atmasından  və  əmək bazarında daha çox təlabat olan peşə və ixtisaslar haqqında geniş çıxış edərək  gənç nəslə müəyyən məsləhətlər  verdi.

  Sonda   mərkrəz tərəfindən təşkil edilmış peşə kursları  haqqında geniş məlumat verərək açılması nəzərdə tutulmuş  peşələr haqqında  danışıldı. Məktəblilərə “Peşəyönümü ” ilə bağlı tərtib edilmiş  əyani vəsaitlər, bukletlər təqdim edilərək müəyyən məlumatlar verildi.