Xəbərlər

01.06.2015

Oğuz rayon Məşğulluq Mərkəzi tərəfindən dəyirmi masa təşkil olunmuşdur. ( Video )

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda Oğuz rayon Məşğulluq Mərkəzi tərəfindən 29.05.2015-ci il tarixdə sosial tərəfdaşlarla birgə dəyirmi masa təşkil olunmuşdur.

Tədbirdə müasir mərhələdə dövlət məşğulluq xidmətinin gücləndirilməsi bu sahədə olan problemlərin həllinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi müzakirə olunmuşdur. Yeni iş yerlərinin açılmasına şərait, sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlə yanaşı, bu gün əmək bazarının müasir sosial-iqtisadi inkişaf tempinə uyğun qurulması, əmək potensialından dolğun istifadə etməklə məşğulluq səviyyəsinin yüksəldilməsi və bu kimi sosial məsələlərin həll edilməsində sosial tərəfdaşları rolu haqqında müzakirələr aparıldı.