Xəbərlər

04.06.2015

Sumqayıt şəhərində sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

     29 may 2015-ci il tarixində “Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlmədə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları və onların əmək bazarına səmərəli inteqrasiyasında işəgötürənlərin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi, Şəhər Həmkarlar İttifaqı komitəsi, Əlillər təşkilatının nümayəndələri və 26 işəgötürən müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər. Onlar işaxtaran əlil vətəndaşların  problemlərindən danışmış və işəgötürənlərin əlil vətəndaşlara münasibətləri barədə fikir mübadiləsi aparmışlar. Eləcə də əlil vətəndaşların işlə təmin olunması baxımından qarşıda duran vəzifələr və problemlər haqqında geniş məlumat verilmiş, onlarla fərdi iş aparmaq, işaxtaran əlil vətəndaşlara xüsusi diqqət və qayğı göstərmək və onların mərkəzdə qeydiyyata alınmasının vacibliyini vurğulanmışdır. Güzəştli (kvota) iş yerlərinin müəyyən edilməsi və müəssisə, təşkilat rəhbəri ilə razılaşdırılması, əlil vətəndaşların işə qəbulunda yaranan problemlər tədbir iştirakçılarının nəzərinə çatdırmışdır, bu sahədə mövcud çətinliklərin aradan qaldırılması haqqında geniş fikir mübadiləsi aparılmışdır.