Xəbərlər

01.10.2015

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Peşə seçimində gənçlərə dəstək” mövzusunda tədbir kecirildi.

        Qaradağ rayon Məşğulluq Mərkəzi  30.09.2015-ci il tarixində, rayonun  Lökbatan  qəsəbəsində yerləşən F.Rəfiyev adına  166 saylı Məktəb-Liseydə  “Peşə seçimində gənçlərə dəstək ” mövzusunda tədbir kecirmişdir.Tədbirdə  rayon Məşğulluq Mərkəzinin   böyük məsləhətçisi Elnarə  Həşimova   iştirak edərək, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarla bağlı ətraflı məlumat vermiş və gələcəkdə açılması nəzərdə tutulmuş vakant iş yerləri , bu iş yerlərinə peşəkar kadr hazırlığı haqqında şagirdləri  məlumatlandırılmışdır.  Daha sonra  “Əmək bazarında” yaranmış cətinliklərdən, gənc nəslin peşə və ixtisas secimində düzgün addım atmasından  və  əmək bazarında daha çox təlabat olan peşə və ixtisaslar haqqında geniş cıxış edərək  gənç nəslə müəyyən məsləhətlər  verilmişdir.

        Bundan sonra məkrəz tərəfindən təşkil edilmış peşə kursları  haqqında geniş məlumat verərək açılması nəzərdə tutulmuş  peşələr haqqında  danışdı. Məktəblilərə “Peşəyönümü ” ilə bağlı tərtib edilmiş  əyani vəsaitlər, bukletlər təqdim edilərək müəyyən məlumatlar verildi.