Xəbərlər

30.10.2015

Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən rayonun Bayıl qəsəbəsində “Səyyar Əmək Birjası” keçirilmişdir.

      29 oktyabr 2015-ci il tarixində Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən rayonun Bayıl qəsəbəsində “Səyyar Əmək Birjası” keçirilmişdir. Qeyd olunan tədbirə 20 müəssisədən 71 vakansiya çıxarılmışdır. Tədbirdə 26 nəfər iş axtaran vətəndaş qeydiyyatdan keçmiş, 9 nəfərə müəssisələrə göndəriş verilmiş, 4 nəfər gələcəkdə açılacaq peşə kurslarına cəlb olunmuş, 2 nəfərə əmək birjasına göndəriş verilmişdir. Müəssisələrə göndəriş verilmiş vətəndaşlardan 1 nəfəri “Lukoyl Azərbaycan” QSC müəssisəsinə operator işinə gəbul olunmuşdur.