Xəbərlər

16.12.2015

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “ Düzgün peşə seçək” mövzusunda tədbir kecirildi.

   Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən 15.12.2015-ci il tarixində, rayonun Lökbatan qəsəbəsində yerləşən S.Məhərrəmov adına 106 saylı məktəbdə “Düzgün peşə seçək” mövzusunda tədbir kecirilmişdir. Tədbirdə  rayon Məşğulluq Mərkəzinin böyük məsləhətçisi Elnarə Həşimova iştirak edərək  gənclərə, insan həyatının ən vacib məsələlərindən biri olan “Düzgün peşə secmək “  mövzusunda  müəyyən  məsləhətlər vermişdir.

    Bundan sonra Məkrəz tərəfindən təşkil edilmiş və açılması nəzərdə tutulmuş peşə kursları haqqında geniş məlumat vermişdir. Bununla yanaşı məktəblilərə “Peşəyönümü” ilə bağlı tərtib edilmiş əyani vəsaitlər, bukletlər paylanmışdır.