Xəbərlər

22.01.2016

Nəsimi rayon Məşğulluq Mərkəzində mini əmək yarmarkası keçirilmişdir.

İşəgötürənlərlə Mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaşların görüşüb boş iş yerləri (vakansiya) haqqında ətraflı məlumatı olması, ilkin münasibətlərin keçirilməsi və işə düzəlməsində aktiv məşğulluq tədbiri olan əmək yarmarkasının rolu böyükdür.

Bu məqsədlə 22 yanvar 2016-cı il tarixdə Nəsimi rayon Məşğulluq Mərkəzində mini əmək yarmarkası keçirilmişdir.

Yarmarkada “Bakı şəhər işığı EŞM”, “Bakı Tikiş Evi ASC”, “Marine Plaza MMC”, “Bakı Xoreoqrafiya Akademiyası”, “Parabank KB” kimi işəgötürənlər 23 vakansiya ilə iştirak etmişlər. Yarmarkaya təqdim olunmuş iş yerlərində əmək haqqı 200-600 manat arası olmuşdur. Məşğulluq Mərkəzində qeydiyyatda olan 58 nəfər işaxtaran tədbirə dəvət edilmiş, onların işəgötürənlərlə görüşüb işə düzəlməsi üçün tam şərait yaradılmışdır. Vətəndaşlara boş iş yerləri haqqında ətraflı məlumat verilmişdir. Tədbir zamanı Məşğulluq Mərkəzinin mütəxəssisləri tərəfindən işaxtaran vətəndaşlara müxtəlif istiqamətlər üzrə fərdi məsləhətlər də verilmişdir.Tədbirin ilkin nəticəsi olaraq işəgötürənlərə vətəndaşlar tərəfindən 16 CV təqdim edilmiş, 11nəfərə göndəriş verilmiş və 3 nəfər peşə təlimi kurslarında oxumaq üçün qeydiyyatdan keçmişdir