Xəbərlər

18.05.2017

“Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda Astara rayon Məşğulluq Mərkəzi tərəfindən dəyirmi masa keçirilmişdir.

17 may  2017-ci il tarixdə Astara rayonunda “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda Məşğulluq Mərkəzləri tərəfindən dəyirmi masa keçirilmişdir.

 Tədbir zamanı Əmək Yarmarkalarının keçirilməsinin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılmışdır.

 Respublikanın şəhər və rayonlarında qeyri-məşğul əhalinin sosial müdafiəsinin təmin edilməsi, xüsusilə onların məşğulluğunun gücləndirilməsi sahəsində Məşğulluq Mərkəzləri tərəfindən vaxtaşırı olaraq bir sıra aktiv tədbirlər həyata keçirilir. Bu mühüm aktiv məşğulluq tədbrlərindən biri də əhali arasında geniş rəğbət qazanmış “Əmək Yarmarkaları”dır.

 Əmək Yarmarkasına hazırlıq dövründə həyata keçirilən genişmiqyaslı təşkilati işlər, xüsusi ilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu tədbirlərdə işəgötürənlərin, işaxtaran və işsiz vətəndaşların fəal iştirakını təmin edir.

 Yarmarkaların keçirilməsi ilə əlaqədar şəhər (rayon) Məşğulluq Mərkəzləri tərəfindən işəgötürənlərin real tələbatı öyrənilir, müəssisə və təşkilatlar tərəfindən boş iş yerləri haqqında məlumatlar yığılaraq  Əmək Yarmarkaları vasitəsi ilə işaxtaran və işsiz vətəndaşlara təqdim olunur.

 Əmək Yarmarkalarının keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində tələblərinə cavab verə bilən ixtisaslı, peşəkar və təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işsiz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almaq və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Beləliklə işaxtaranlarla işəgötürənlərin birbaşa təmasda olması hər iki tərəfin daha düzgün seçim etməsinə imkan verir.