Xəbərlər

18.05.2017

Sosial tərəfdaşların iştirakı ilə Ağsu rayonunda dəyirmi masa keçirilmişdir.

        17 may 2017-ci il tarixdə Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən “Əmək Yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa keçirilmişdir.

        Tədbirdə işaxtaran və işsiz vətəndaşların xüsusi ilə gənclərin layiqli işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də hər il təşkil olunaraq keçirilən Əmək Yarmarkaları olduğu bildirilmişdir.

        Bu tədbirlərin keçirilməsində əsas məqsədin işəgötürənlərə (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasında, işaxtaranlara isə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat verərək ixtisasları üzrə boş (vakant) iş yerlərinə cəlb olunmalarında  onlara köməklik göstərmək olduğu qeyd olunmuşdur.