Xəbərlər

18.05.2017

İnternat evlərində peşəyönümü tədbiri keçirilmişdir.

2017-ci il may ayının 17-də  Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində  11 saylı İnteqrasiya təlimli və Xəzər rayonunda, Mərdakan qəsəbəsində yerləşən 2 saylı internat məktəblərində təhsil alan yeniyetmələrə gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi  ilə əlaqədar əmək bazarına çıxışının asanlaşdırılması və psixoloji adaptasiyası məqsədi ilə peşəyönümü tədbiri keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd yeniyetmələrə gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi, onların əmək bazarında tələbat olan peşə və ixtisaslar, vakansiyalar haqqında məlumatlandırılması, eləcə də peşə, məşğulluq forması, özünüifadə yollarını sərbəst seçmələrinə köməklik göstərilməsidir. Peşəyönümü məsləhətlərindən sonra gənclərin istəklərinə uyğun olaraq peşə və ixtisaslar üzrə peşə hazırlığı kurslarına cəlb olunmasına köməklik göstəriləcəkdir.