Xəbərlər

23.05.2017

Nəsimi rayon Məşğulluq Mərkəzində “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı”mövzusunda dəyirmi masa keçirilmişdir.

Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən 18 may 2017-ci il tarixdə “İSR Plaza”da Məşğulluğun Əlaqələndirmə Komissiyasının sədri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini cənab Anar Tağıyev və DMX-nı şöbə müdiri İsa Həsənov, Nəsimi rayon Həmkarlar Təşkilatının sədri Aygün Məmmədovanın iştirakı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada 28 xarici və yerli müəssisə və təşkilatın nümayəndəsi iştirak etmişdir.

 Tədbiri giriş sözü ilə Nəsimi rayon Məşğulluq Mərkəzinin direktoru Emin Mahmudov açaraq ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, “işsizlik” kimi ağrılı sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsində işəgötürənlərin rolundan danışdı.

 DMX-nın söbə müdiri İ.Həsənov və Məşğulluğun əlaqələndirmə Kommitəsinin sədri A.Tağıyev çıxış edərək əmək bazarında olan vəziyyət barədə məlumat vermiş, işsizliyin aradan qaldırılmasında işəgötürənlərin iştirakı barədə danışaraq qanunvericilikdə nəzərdə tutulan hallar barədə məlumat verdi və işəgötürənləri Məşğulluq Mərkəzi ilə sıx əməkdaşlığa dəvət etdilər.

 Müəssisə və təşkilatların nümayəndələrinin bir daha diqqətinə çatdırıldı ki, yaranmış boş iş yerləri haqqında Məşğulluq Mərkəzinə məlumat verilməli və Məşğulluq Mərkəzi tərəfindən göndərişlə müəssisələrə müraciət edən işsizlərə, xüsusilə sosial müdafiəyə xüsusi ehtiyacı olan əlil, məcburi köçkün və s. kvota kateqoriyasından olan insanlara qayğı və diqqətlə yanaşılmalıdır.

 Çıxışlardan sonra tədbir interaktiv və dialoq şəklində davam etdi. Müəssisə və təşkilatlardan “Fugro Survey LTD”, “BUE Caspian LTD”, “Ortoped MMC”, “Marine Plaza Hotel”, “Bakı Tikiş Evi ASC” və s. kimi təşkilatların nümayəndələri onları maraqlandıran suallarla müraciət edərək gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün öz təkliflərini verdilər. Belə tədbirlərin tez-tez keçirilməsini təklif etdilər.