Xəbərlər

23.05.2017

Nəsimi rayon Məşğulluq Mərkəzi mütəxəssisləri tərəfindən orta məktəblərdə peşəyönümünün məşğələlərinin keçirilməsinə başlanmışdır

Bakı şəhər Məşğulluq İdarəsinin təsdiq etdiyi qrafik üzrə Nəsimi rayon Məşğulluq Mərkəzi orta məktəblərdə peşəyönümü məşğələlərinin keçirilməsinə başlamışdır. Mərkəzin mütəxəssisləri 2017-ci ilin may ayı ərzində 4 orta məktəbdə (19№, 14№, 266№, 46№ ) 187 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələdə 46 saylı məktəbin direktoru S.Budaqova, Mərkəzin Direktoru E.Mahmudov,mütəxəssisləri E.Əliyev, Q.İsayev, Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı sektorunun böyük məsləhətçisi S.Şəmmədova  şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, prespektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat vermiş, peşəyönümü haqqında əyani vəsaitlər paylamışdırlar.Eyni zamanda yuxarı sinif şagirdlərinin ”Peşə seçimində  valideynlərin rolu” mövzusunda  tədbir davam etdirilmişdir.Məşğələ şagirdlər tərəfindən maraqla qarşılanmış və sual-cavabla yekunlaşmışdır. Bu cür tədbirlər qrafikə uyğun olaraq digər orta məktəblərdə də davam etdirilir.