Xəbərlər

25.05.2017

23.05.2017-ci il tarixində Qaradağ rayon Məşğulluq Mərkəzi rayon İcra Hakimiyyəti ilə birlikdə Heydər Əliyev Mərkəzində dəyirmi masa kecirmişdir.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 30 müəssisə və təşkilatın nümayəndəsi iştirak etmişdir. Tədbiri giriş   sözü   ilə  Qaradağ rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Emil Abbasov  açıq elan edərək mövzu ətrafında fikir və təkliflərini bildirmişdir.

Daha sonra Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə  sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  iclasının ikinci ildönümünə həsr olunmuş iclasında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə  birgə fəaliyyət həyata kecirilməsi nəticəsində, sosial məsuliyyətin bölgüsü çərçivəsində Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının göndərişləri əsasında işaxtaranların dövlət müəssisə və təşkilatları tərəfindən  rayon ərazisində fəaliyyət  göstərən müəssisə və təşkilatları tərəfindən boş iş yerlərinə yerləşdirilməsi barəsində  məlumat verilmişdir. Mərkəzin direktoru müəssisə rəhbərlərinə Mərkəz tərəfindən təşkil olunan peşə kursları barədə geniş məlumat verdi. Müəssisə rəhbərləri gələcəkdə açılması nəzərdə tutulan vakant iş yerlərinə Mərkəz tərəfindən peşə kurslarına cəlb olunmuş  işaxtaranlara üstünlük verəcəklərini də xüsusi vurğuladılar.

 Sonda “Əmək Bazarında” yaranmış vəziyyətlə əlaqədar fikirlərini bildirdi və  işəgötürənlərlə bu istiqamətdə fikir və təkliflər müzakirə olundu.