Xəbərlər

30.05.2017

23-24 may 2017-ci il tarixlərində İsmayıllı və Şəki rayonlarında “Əmək Yarmarkaları” təşkil edilmişdir.

23 may 2017-ci il tarixində İsmayılı rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilmişdir.

Tədbirdə 52 müəssisə iştirak etmişdir ki, onlardan 26-sı dövlət, 26–sı isə qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 238 boş iş yerinin 108-i dövlət, 130-u isə özəl sektora aid olan işlər olmuşdur. Tədbir zamanı104 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir, 15 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmışdır.

Şəki rayonunda keçirilən tədbirdə 18 müəssisə iştirak etmişdir ki, onlardan 12-i dövlət, 8-i qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 216 boş iş yerinin 156-ı dövlət, 50-si isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 57 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş.