Xəbərlər

01.06.2017

Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən 104 saylı Məktəbdə peşəyönümü tədbiri keçirilmişdir.

Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən 24 may 2017-ci il tarixdə 104 saylı Məktəbdə Peşəyönümü məsləhətləri ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Dövlət Məşğulluq Xidmətinin böyük məsləhətçisi Sevinc Şəmmədova, Dövlət Məşğulluq  Xidmətinin psixoloqu Xatirə Səfərova, Suraxanı rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Ramal Quluzadə, 104 saylı Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Hüseynov Kamran eyni zamanda məktəbin yuxarı sinif şagirləri və müəllimləri iştirak etmişdir.

Görüşdə  məktəbin buraxılış siniflərinin  şagirdləri ilə  ətraflı söhbət aparılaraq rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarla bağlı  məlumat verildi. Daha sonra gələcəkdə açılması nəzərdə tutulmuş vakant iş yerləri, bu iş yerlərinə ixtisaslı kadr hazırlığı haqqında geniş mühazirə söylənildi.

Bundan əlavə Mərkəzin aparıcı məsləhətçisi tədbirdə yuxarı sininf şagirdlərinə hazırkı əmək bazarındakı mövcud vəziyyət, müxtəlif müasir peşələr həmçinin Məşğulluq Mərkəzlərinin nəzdində peşə kurslarının təşkili qaydaları, işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı haqqında ətraflı məlumat vermişdr.

Dövlət Məşğulluq  Xidmətinin psixoloqu Xatirə Səfərova çıxış edərək, peşəyönümü işinin psixoloji xüsusiyyətləri barədə ətraflı məlumat vermişdir.

Yuxarı sinif şagirdlərinin düzgün peşə və ixtisas seçiminə  istiqamətləndirilməsində,  onların meyl və maraqlarının formalaşdırılmasında peşəyönümü işinin əhəmiyyəti barədə çıxışlar dinlənilmiş, şagirdlərin bu mövzuda sualları cavablandırılmış və onlara peşəyönümünə dair məlumat kitabçaları təqdim edilmişdir.