Xəbərlər

09.10.2017

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Düzgün peşə seçək” mövzusunda tədbir kecirildi.

Qaradağ rayon Məşğulluq  Mərkəzi rayon ərazisində yerləşən orta məktəblərdə “Düzgün peşə seçək" mövzusunda tədbir kecirmişdir. Tədbirdə  rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri iştirak edərək, gənclərə müəyyən məsləhətlər vermişlər.  Onlar gənclərin  qarşısında duran vacib amillərdən biri olan düzgün peşə və ixtisas secimləri, bu işdə daha məsuliyyətli,  dəqiq olmalarını tövsiyyə edərək şagirdlərin fikrini dinləmiş və məsləhət vermişlər.

Bundan əlavə rayonun iqtisadi durumu ,  fəaliyyət göstərən idarə və müəssisələrdə nəzərdə tutulmuş vakant iş yerləri , bu iş yerlərinə peşəkar kadr hazırlığı haqqında şagirdlər  məlumatlandırılmışdır . 

Bundan sonra məkrəz tərəfindən təşkil edilmış peşə kursları  haqqında geniş məlumat verilərək açılması nəzərdə tutulmuş  peşələr haqqında danışıldı.  Məktəblilərə “Peşəyönümü ” ilə bağlı tərtib edilmiş  əyani vəsaitlər, bukletlər təqdim edilərək müəyyən məlumatlar verildi.