Xəbərlər

30.10.2017

27 oktyabr 2017-ci il tarixində Mingəçevir Dövlət Universiteti “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

       Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə   “Karyerada ilk addım” devizi altında növbəti  aktiv məşğulluq tədbiri Mingəçevir Dövlət Universitetində keçirilib.

Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan bu aktiv məşğulluq tədbirləri tələbə və məzunların əmək bazarına inteqrasiyasına, onların gələcək karyeralarının qurulmasına dəstək xarakteri daşıyır. Bu tədbirlərin tələbə və məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasında, onların öz ixtisas və bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmələri üçün lazımi şəraitin yaradılmasında mühüm rol oynadığı vurğulanıb.

 Aktiv məşğulluq tədbirində 12 idarə və müəssisə  50 boş iş yeri ilə iştirak etmişdir.  Tədbir zamanı 20 nəfərin şəxsi məlumatları (CV) qəbul edilmişdir.

   Cari ilin ötən dövründə respublikamızın 8 ali təhsil müəssisəsində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 134 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verilib, 3163 nəfər tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV) verilib.