Xəbərlər

31.10.2017

27 oktyabr 2017-ci il tarixində Gədəbəy rayonunda “Əmək Yarmarkası” təşkil edilmişdir.

İşaxtaran və işsiz vətandaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir.

Belə ki, 27 oktyabr 2017-ci il tarixində Gədəbəy rayonunda “Əmək Yarmarkası”  təşkil olunmuşdr. Tədbirdə 21 müəssisə 185  boş iş yeri ilə iştirak etmişdir.  Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 32 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.