Xəbərlər

01.11.2017

Dövlət Məşğulluq Xidməti tərəfindən Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcəkdir.

 06 noyabr 2017-ci il tarixində saat 10:00-da Odlar Yurdu Universitetində tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcəkdir.

Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan bu aktiv məşğulluq tədbirləri tələbə və məzunların əmək bazarına inteqrasiyasına, onların gələcək karyeralarının qurulmasına dəstək xarakteri daşıyır.            

Ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub hazırda iş axtaran bütün maraqlı şəxsləri (CV-ləri ilə birgə) tədbirə dəvət edirik.