Xəbərlər

31.10.2017

Şabran rayon Məşğulluq Mərkəzində “Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması ” mövzusunda dəyirmi masa keçirmişdir.

     Şabran rayon Məşğulluq Mərkəzi 31 oktyabr  2017-ci il tarixdə Şabran rayonunda Məşğulluq Mərkəzinin binasında “Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması ” mövzusunda dəyirmi masa keçirmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin  Sosial Məsələlər üzrə müavini,Əlaqələndirmə Komitəsinin sədri Natavan Mustafayeva , Şabran rayon Statistika İdarəsinin rəis müavini Reyhan Fətəliyeva, rayon Gənclər və İdman İdarəsinin müdiri Süleyman Əliməmmədov, Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin  müdiriVüsal Rüstəmov, Şabran Mərkəzi rayon Xəstəxanasının kadrlar şöbəsinin müdiri Ayət Babayeva və 22-yə yaxın rayon ərazisində fəaliyyət göstərən idarə, müəsssisə və təşkilat nümayəndələri iştirak etmişlər.Tədbirdə görülən işlər, mövcud əmək bazarının vəziyyəti geniş müzakirə edilmişdir.