Xəbərlər

10.11.2017

Qax rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.

 Qax rayon Məşğulluq Mərkəzi tərəfindən 7 noyabr 2017-ci il tarixdə “Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Rayon İcra Hkimiyyətinin Başçısının müavini Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Elbrus Tağıyev, Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Eldəniz Əzizov, Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Şıxamirov, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov,Maliyyə idarəsinin baş məsləhətçisi Fizuli İsayev, Təhsil şöbəsinin nümayəndəsi Nəsimi Allahverdiyev,”Lider Max” MMC-nin direktoru İlqar Məmmədov,DSMF Qax rayon şöbəsinin müdir müavini Arzu Əliyeva, Qax rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Cabbar Qəribov, Qax Peşə Liseyinin direktor müavini Cəryət Qocayeva, “Şəfa” Müalicə Pansionatının müdiri İftixar Saadov, “İnter-Tabacco” MMC-nin icraçı direktoru Məmmədəli Sultanov, Dövlət İdarə İşçiləri Həmkarlar İttifaqı Qax rayon Komitəsinin sədri Ələkbər Musayev, Yerli “Şəlalə” qəzetinin redaktoru Novruz Şabanov, Qax Kommunal Müəssisələr Kombinatının direktoru Eldəniz Şabanov olmaqla rayon ərazisində fəaliyyət göstərən 30 idarə, müəssisə-təşkilatların rəhbər işçiləri və nümayəndələri iştirak etmişlər.

Tədbirdə qeyd olunan mövzu ətrafında geniş müzakirələr aparılmışdır.