Xəbərlər

10.11.2017

Balakən rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

Balakən rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə 08 Noyabr 2017-ci il tarixdə “Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Dövlət İdarələri,  Həmkərlar İttifaqının Balakən rayon komitəsinin sədri, əlaqələndirmə komitəsinin üzvləri, sahibkarlar, idarə və müəssisə rəhbərləri iştirak etmişdir.

Tədbirdə Məşğulluq Xidmətinin fəaliyyətinin həyata keçirilməsində əmək münasibətləri, əmək bazarı, məşğulluq, həyat səviyyəsinin öyrənilməsi, sosial təminat və sayrı Istiqamətdə aparılan inkişaf yönümlü islahatların uğurla həyata keçirilməsi tədbir iştirakçıları ilə birlikdə geniş şəkildə müzakirə olunmuşdur.