Xəbərlər

10.11.2017

İsmayıllı rayonunda “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birgə Peşəyönümü sisteminin gücləndirilməsi məqsədilə ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdləri və onların valideyinləri, eyni zamanda psixoloqun iştirakı ilə peşəyönümü məsləhətlərinin verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur.

Bununla əlaqədar olaraq İsmayıllı rayon Məşğulluq Mərkəzi rayonun ümum təhsil məktəblərində 2017-2018-ci tədris ilində keçiriləcək peşəyönümü tədbirlərinin qrafikini təsdiq etmişdir.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq  qrafikə əsasən 10 noyabr 2017-ci il tarixdə İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı ilə peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları, məktəbin rəhbərliyi, müəllim heyəti və psixoloqu iştirak etmişdir.