Xəbərlər

13.11.2017

Ağstafa rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

10 noyabr 2017-ci il tarixdə Ağstafa rayonunda Məşğulluq Mərkəzində ” Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda keçirilmiş dəyirmi masada məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin üzvləri , işəgötürənlər, sahibkarlar , həmkarlarlar ittifaqları iştirak etmişlər.

 Dəyirmi masada  ”Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusu müzakirə olunmuş və bu barədə dəyirmi masaya geniş arayış təqdim olunmuşdur.

Tədbir iştirakçılarına  iş çantaları (papka, blaknot, qələm, ruçka, buklet və sair) verilmiş, işəgötürənlər səmimi əməkdaşlığa dəvət edilmişdir.